Qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirmişdir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir.
29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılmışdır.
Araşdırma aparılır.



Xəbərlər  Tarix:   12 İyul 2019 / 00:18


« Əvvəlki xəbər (5249 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR