İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ OLDULAR

İyulun 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşü oldu.
Sevinc Fətəliyeva qonaqları salamlayaraq, Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu dedi. Bildirildi ki, ölkəmiz müsəlman Şərqində ilk dəfə demokratik, parlamentli dövlət qurmuşdur. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi təntənəli surətdə qeyd olundu. Hazırda ölkəmizdə siyasi, iqtisadi, sosial, humanitar sahələrdə əhəmiyyətli islahatlar aparılır. Enerji sektorunda həyata keçirilən qlobal layihələrdə ölkəmiz fəal iştirak edir. Biz region və dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq. Ölkəmizdə multikultural, tolerantlıq kimi dəyərlər geniş təbliğ olunur. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir
Diqqətə çatdırıldı ki, dövlətimizin sürətli inkişafında parlament önəmli rol oynayır. Bütün strukturlarda olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qanunverici orqanda həyatın müxtəlif sahələrini əhatə edən komitələr formalaşıb. Xarici ölkələrlə əlaqələr üzrə parlamentlərarası işçi qrupları mövcuddur. Deputatlarımız qanun yaradıcılığı ilə yanaşı, mötəbər beynəlxalq təşkilatlarda da fəal iş aparırlar.
Sevinc Fətəliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xarici dövlətlərdə sosial, təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirdiyi önəmli layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən ASAN mərkəzlərinin fəaliyyətindən bəhs etdi.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandez səmimi görüşə görə təşəkkürünü bildirildi və səfərin məqsədinin Azərbaycanın beynəlxalq əməkdaşıq sahəsində təcrübəsinin öyrənilməsindən ibarət olduğunu söylədi. O, ölkəmizdə müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə etdi. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) uğurlu fəaliyyəti barədə söhbət açdı. Qurumun dünyanın müxtəlif bölgələrində mövcud olan sosial problemlərin aradan qaldırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Qonaq təmsil etdiyi təşkilatla AİDA arasında əməkdaşlığın əhəmiyyətindən danışdı. Qeyd edildi ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan dünyada getdikcə daha böyük nüfuz qazanır.
Millət vəkili Sevinc Fətəliyeva qonaqları maraqlandıran suallara ətraflı cavablar verdi.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   17 İyul 2019 / 00:20


« Əvvəlki xəbər (5232 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR