Təhsilimizdə böyük itki

Hər bir vəzifə, sənət, ixtisas sahibləri öz uğurlarını və həyatda qazandıqları nailiyyətləri üçün ilk öncə müəllimlərinə borcludurlar. Bir müəllim ömrünün bitməsi bir həyatın deyil, təkcə yaxınların, qohumların deyil, onunla birgə işləyən kollektivin, onun savadı ilə bəhrələnən minlərlə şagirdlərin itkisidir. Müəllim ömrünün bitməsi gələcəyə neçə-neçə ümid bəsləyib onun savad və bacarığı ilə şəxsiyyət kimi formalaşdıran minlərlə insanın ümidinin bitməsi deməkdir.
Bir neçə gün öncə Şəkidə Xan sarayının həyətində yerləşən tarixi Xan çinarının budağının qırılaraq insanların üzərinə düşməsi nəticəsində Gəncə şəhərində müəllim işləyən Xatirə Ağamalıyevanın vəfat etməsi də bu cür itkilərdəndir.
Biz də Uğurmedia komandası olaraq bu itkidən çox sarsılaraq Xatirə xanimin yaxınlarına və əzizlərinə, həmçinin Xatirə xanımın timsalında bu hadisədə həyatını dəyişən hər kəsin ailə üzvlərinə baş sağlığı veririk.
Allah rəhmət eləsin! Ruhları şad olsun!
Xəsarət çəkənlərə isə şəfa diləyirik.
Xəbərlər şöbə müdiri: Vüsalə Dilqəm qızı



Öz xəbərlərimiz  Tarix:   17 İyul 2019 / 14:31


« Əvvəlki xəbər (5224 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR