“1001 gecə çimərlik restoran “-ında mövcud olan neqativ hallar

Il ərzində fəal işlə məşğul olaraq aktiv iş günlərini yaşayan insanlar səbirsizliklə tətilin , yeni yay mövzümünün başlanmasını gözləyir. Hamı istirahət etməyin dadını çıxartmaq- parklara, xarici və yerli istirahət mərkəzlərinə,xüsusi ilə çimərliklərə üz tutur. Bəs bu adı çəkilən istirahət mərkəzləri necə həvəskar turistlərini qarşılamağa hazırdırmı?
Bu sualla üz tutduq qarşımızda olan çimərliklərdən birinə. Səthi olaraq Səbael rayonu Şıxovda yerləşən “1001 gecə çimərlik restoran ” adlı çimərliyə sadəcə istirahət məqsədi ilə gedərkən qarşılaşdığımız mənzərə çox təəsüf doğurdu. Halbuki Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq. 2.2. bəndinə əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin.
Bütün bu qərara alınan sərəncamlar,yaradılan strukturlar və ayrılan sərmayələr bir məqsədə qulluq etməlidir.Bu xalqa və xarici qonaqlara ədalətli, layiiqli, təlimatlara uyğun qulluq etmək üçündür.
Lakin adı çəkilən ərazidə istirahət edərkən biz yuxarıda sadalananların tam əksi ilə qarşılaşdıq. Belə ki:
1. Süni qiymət artımı
2. Natəmizlik
3. Giriş qapısında ödəniş üçün çekin verilməməsi
4. Xarıcı turistlərə süni qiymət artımı
5. Xidməti ərazidə təhlükəsizliyin təmin olunamamsı
6. Çimərlik kənarındakı antisanitariya....
1ci halda qeyd etdiyimiz süni qiymət artımı halını şəxsən öz yaşadığımız hadisə kimi vurğulaya bilərik. Belə ki, istirahət mərkəzinə yaxınlaşıb qiymət soruşarkən bizə xidmət göstərən şəxs əvvəl axşam olduğunu qeyd edərək 10 manat civarında qiymət təqdim etdi. Əməkdaşımızın uzun müddət (9il) Türkiyədə yaşadığı üçün türk ləhcəsi ilə danışdığını duyduqdan sonra türk turisti hesab edib xidmət haqqını 15 manata qaldırdı.
Növbəti vurğuladığımız natəmizlik isə ətrafdakı tullantıların hələ də ərazidə qalması buna istinad etdi ki biz onu neqativ hal kimi qeydə aldıq.
Giriş qapısında da birmənalı ödəniş haqqı qeyd olunmayıb. Hər bir turistə və ya ziyarətçiyə bir cür qiymət təklif olunur və nəticə də heç bir vətəndaşa çek təqdim olunmur. Hətta biz şəxsən çek üçün müraciət etdik belə çətinliklə bizə çek təqdim olundu.
Xidməti ərazidə təhlükəsizliyin təmin olunamamsı fikrinə isə girişdə qoyulan cürümüş nazik dəmir parçasını arqument kimi təqdim edə bilərik. Belə ki, kanalizasiya sisteminin qapağı polad metaldan təşkil olunmalıdır,çünki oradan müxtəlif insanlar keçir. Lakin istirahət mərkəzinin həmin yerə qoyduğu cürük nazik dəmir parçası həyat üçün çox təhlükəlidir. Hətta əməkdaşımız belə həmin dəmir parçasının üzərinə çıxaraq bunu çəkilişlə qeyd etmişdir.
Yuxarıda sadaladıqlarım bizi həqiqətən də bu gün üçün turizmi inkişaf edən bir dövlət vətəndaşı kimi təəssüfə gətirib çıxardı.
Öz müşahidələrimizdən çıxış edərək lazımı dövlət qurumlarına Ekalogiya və təbii sərvətlər nazirliyi, Mədəniyyət və turizm nazirliyi üzümüzü sizə tutaraq müraciət edib bu cür istirahət mərkəzlərinə qarşı lazımi tədbirlərin görülməsini xahiş edirik. Bu cür müəssisələrə görülən tədbir bütün istirahət mərkəzlərinə örnək olsun.
Bu gün Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafı təkcə Prezidentimizin və ya Nazirliyimizin deyil ümumi olaraq hər bir Azərbaycan sahibkarlarını və vətəndaşını narahat etməli və həmin qurumlara dəstək kimi hər birimiz bu cür hallarla qarşılaşdıqda həmən qurumlara məlumat verilməlidir
Qeyd Qarşı tərəfin hadisə ilə bağlı mövqeyi izləyicilərə təqdim olunacaq
Xəbərlər şöbə müdiri : Vüsalə Diqəm qızı



Uğurlarımız  Tarix:   18 İyul 2019 / 11:04


« Əvvəlki xəbər (5223 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR