20 iyulda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyulun 20-də hava dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 20-də hava əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.



Xəbərlər  Tarix:   19 İyul 2019 / 23:10


« Əvvəlki xəbər (3938 / 6022) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR