Uğurmediada Milli Mətbuatın 144 illiyini qanvermə aksiyası ilə qeyd etdi

22 iyul – Azərbaycanda Milli Mətbuatın yaranmasından 144 il ötür. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş vermişdir. Və bu gün də maarifçilik missiyası uğurla yerinə yetirilir. Bu tarixi gün müxtəlif dövlət qurumlarında, o cümlədən, respublikanın hər bir bölgəsində təntənə ilə qeyd olunur.
Azərbaycanda Milli Mətbuatın yaranmasının 144 illik yubileyi ilə əlaqədar Uğurmedia az xəbər yayım və informasiya agentliyi komandası da iyulun 22də həmrəy olaraq Qan Bankına “Qanvermə aksiyası” , Milli mətbuatın yaranmasının banisi olan Həsənbəy Zərdabinin Fəxri Xiyabanda qəbrüastü ziyarəti, bununla yanaşı 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb olan, müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açan, Azərbaycanda söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradan Ümummilli liderimiz Heydər Əliyevin də qəbri ziyarət olundu.
Tədbir uğurmedia xəbər yayım və informaya agentliyinin həmkarlarının konfransı ilə yekunlaşdı.
Konfransda bir neçə məsələlərə toxunuldu. Təsisçi və baş redaktor Tərlan Abbasov öz müxbirlərini yubiley münasibəti ilə təbrik etdi. Dövlət başçımız İlham Əliyevin mediaya olan qayğılarında söhbət açdı. Daha sonra isə Uğur mediada kadr dəyişiklikləri haqqında məlumat verdi.
Belə ki, Uğurmediyanın xəbərlər şöbəsinin müdiri Həsənova Vüsalə Dilqəm qızı Uğurmediyanın Xəbərlər deportamentinin sədri Leyla Səttarlının yerinə təyin olundu. Bununla yanaşı baş redaktor Uğurmediyanın Hüquq şöbəsində də aparılan bir sıra kadr dəyişikliyi haqqında da qərar verdi.
Uğurmediyanın Hüquq şöbəsinin müdiri Babayeva Zülfiyyə Məzahir qızı Uğurmediyanın Hüquq deportamentinin sədri vəzifəsinə təyin olunsun.
Uğurmedia komandası Milli Mətbuatın yaranmasının 144 illik yubileyi münasibəti ilə başda Mətbuat Şurasının Sədri Əflatun Amaşov cenabları olmaq şərti ilə bütün mətbuat işçilərini təbrik edir, gələcək iş və yaradıcılıqlarında uğurlar diləyir.
Xəbərlər şöbəsinin müdiri: Vüsalə Diqəm qızı



Xeyriyə işləri  Tarix:   22 İyul 2019 / 17:17


« Əvvəlki xəbər (5198 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR