“Sənəti peşəkardan öyrən” layihəsinin qəhrəmanı fotoqraf Səmədov İlqar Əminağa oğlu.

Faydası olmayan sənət yoxdur. Hər bir sənətin çətinlikləri və keçməkeşli yolları var. Seçilən və sevilən sənətin peşəkarı olmaq sənət sahibinin adının tarixə yazılması kimi bir pillədir. Yəni unudulmaz qalmaq...
“Sənəti peşəkardan öyrən” layihəsinin üzvlərindən biri olan İlqar müəllim də öz sənətinin incəliklərindən söz açacaq. Foto sənəti nədir? Onun hansı qolları var? Hansı xətlə işləyən fotoqraf peşəkar adı qazana bilər? Bu və digər suallarımıza cavab tapmaq üçün müsahibimizlə həmsöhbət olaq.
İlk öncə sizi tanıyaq, İlqar müəllim, özünüz haqqınızda qısa məlumat verin ki, bu günkü həmsöhbətimizin kimliyi haqqında ilkin təsəvvürümüz yaransın.
-- Mən bayaq qeyd etdiyiniz kimi Səmədov İlqar Əminağa oğlu 1977-ci ilin oktyabr ayının 24-dü Bakı şəhərində 2-ci Nardaran kəndində dünyaya göz açmışam. Nizami rayonu 62 saylı məktəbdə oxuyub təhsil almışam, başqa heç bir təhsilim yoxdu,məktəbi bitirdikdən sonra bir müddət ticarətlə məşğul olmuşam, 2000-ci ildən foto sənətinə başlayib o vaxtdan indiyədək foto sənəti üzrə fəaliyyətimi davam etdirirəm başqa məşğuliyyətim yoxdur. Ailəliyəm 2 qızım var.
2. İnsan arzularla yaşayır. Arzusuz insan məqsədsiz suya tullanan insan kimidir. Uşaqlıq arzularınızdan hansını həyata keçirə bilmisiz?
--Uşaqlıq arzularımdan demək olar ki, heç 20 faizini reallaşdırmaq mənə nəsib olmadı,amma bununla belə hər bir işdə xeyir var şükürlər olsun uca olan Allahın məsləhətinə, düşünürəm ki, demək mənə daha xeyirli olan bu imiş.
3. Bəs, seşdiyiniz sənət arzunuz olub, yoxsa sadəcə həyatın axarı gətirib sizi bu sənətə?
---Foto sənəti ilə məşğul olmağım heç ağlıma gəlməzdi, bu həyatın bir axarıdı məni bu sənətlə məşğul olmağa gətirib çıxardı.
4. Sizcə sənətkarla peşəkarın arasında fərq böyükdür, yoxsa eyni anlama gəlir?
-- Bu sualınızdan çox xoşum gəldi cünki çox vaxtlar insanlar sənətkarla peşəkar sözünün əsl mənasını bilmirlər. Sizin bu sualınıza bir mənalı şəkildə cavab verirəm,ola bilər insan həqiqətəndə bir işin mahir ustası olsun, amma bu işə hobbi kimi baxsın,ola da bilər ki, bir kəs işinin çoxda mahir ustası olmasın amma sırf bu işlə məşğul olub bütün maddi ehtiyaclarını məşğul olduğu işdən əldə eləsin,bu insanlara peşəkar deyilir .
5. Sizin sənətin xalqa cəmiyyətə faydasından da məlumat versəz layihəmizin məqsədini tutmuş olardıq.
---Foto sənətinin xalqa və cəmiyyətə olan faydaları demək olar ki, rəssamlıqdan sonra 2-ci sənət kimi dəyərləndirsək (soruşa bilərsiz ki, niyə 2- ci? Çünki rəssamlıq qədimdən var) bütün tariximizi və hazırkı olan bütün yeniliklərimizi,istər təbiətimizi, istər milli folklorumuzu, istər mətbəximizi...uzun sözün qısası bütövlükdə Azərbaycanımızın hər bir adət ənənələri və mill- mənəvi dəyərlərimizi şəkillər vasitəsiylə dünyaya çatdırmaq olur,bu da fotonun həm xalqa,dövlətə və cəmiyyətə faydası, sonra keçsək bir cəmiyyət olaraq bütün şad və əziz günlərimizin tarixləşdirən 2 vasitədən biri foto sənətidir, biri isə video çəkilişlərdir. Fotonun faydalarından çox danışmaq olar uşaqlığımızdan qocalana qədər zaman-zaman tarixə çevirən keçmişimiz və gələcəyi tarixləşdirən vasitədir
6. Hesab edin ki, sizin fotoqraf peşəniz bir gün ləgv olunub bunun müsbət tərəfi ola bilməz təbii ki, çünki lazımsız peşə yoxdur bu peşə də çox lazımlı və vacib hesab olunur öz növbəsində.
Bəs mənfi tərəfi nə ola bilər?
Siz bu tərəfi açıqlayın ki, biz oxucular fotoqraf sənətinin nə qədər vacibatının bir daha şahidi olaq.
----Əgər haçansa foto sənəti ləgv olsa,düzü bu suala cavab vermək o qədər asan deyil çünki foto sənətinin ləgv olması üçün gərək elə bir zaman gəlsin ki, tarixi yazmaq üçün başqa bir vasitə meydana çıxsın,sadəcə ola bilər ki, adi foto olmasın başqa nəsə olsun,yəni bu qədər deyə bilərəm,çünki tarixi yaşatmaq üçün ya onu yazmaq lazımdı, ya da şəkillər vasitəsiylə gələcəyə çatdırmaq lazımdı.
7. İndiki gənclər fotoqrafdan çox öz telefonları ilə çəkilişə üstünlük verirlər buna fikriniz nədir?
--Bu sualın cavabı əslində telefon var deyə radio ilə maqnitafonu əvəz eləyir bu fakt belədi,əlbəttə istisnalar var, o ki qaldi fotonu telefonla çəkirlər bu özlüyündə normal bir haldı, amma xüsusi gunlərin və xüsusi çəkilişlərin tarixləşməsində, əlbətdəki peşəkar fotoqrafların xidmətindən istifadə eləyirlər bir mənalı olaraq bu fakt belədir, bir sözlə telefonun sırf fotoqrafiyanın inkişaf etməsinə bir başa təkan verdi çünki həm rəqabət həm də keyfiyyətli şəkilnən keyfiyətsiz işin fərqini bildilər ,bunula da peşəkar işiylə qeyri peşəkar işi gənc nəsilə aydın oldu və peşəkarlara daha da ehtiyac yarandı.
8. İnsanlar kagiz üzərində olan, yəni albomdakı şəkillərə meyl etmir. Bu nə dərəcədə düzgündür?
--Düzdür, kağız formatında olan şəkilə maraq azalıb, amma vinetka kimi və toy nişan və......bu kimi yadda qalan günlərdə daha müasir albomlara daha da maraq yarandı,təbii ki, bununla yanaşı elektron versiyadan daha çox istifadə olunur insanlar telefonlarda və kompüterlərində arxiv kimi saxlayırlar,istədikləri vaxtda açıb baxa bilirlər.
9. İlqar müəllim ixtisas seçimi qarşısında olan gənc nəslə öz sənətinizi necə tanıtdarsız ki, onlar seçərkən bu səmtə də nəzər salsınlar?
----Əslində fotoqraf sənəti çox dəqiq və məhsuliyyətli sənət sayılır çünki insanlar,fotoqrafa etibar eləyib neçə illər əzab əziyyətlə böyütdükləri övladlarını həyatlarında bir dəfə olan toy nişan kimi unudulmaz və valideyin üçün ən böyük arzusuna çatmiş günlərini tarixləşdirmək üçün ona etibar edirlər,indi təssəvür edin ki, kimsə bu sənətə dirnaqarası baxırsa demək o insan elə özüdə hər bir işdə məsuliyyətsiz insandı,bunu mən tam məsuliyyətimlə deyirəm.....yuxarıda sadalamişam fotonun başqa nə kimi faydalarının olduğunu,ona görə sırf toy nişan mövzusu haqqında sizə məlumat verdim..... Hələ başqa çəkilişlərdə çoxdu yazsam çox yer tutar yormaq istəmirəm sizləri,məsəl üçün vinetka kimi....ad gunu kimi...... çəkilişlər saymaq olar.
10. Düşünürəm uşaqlardan öncə valideynləri bu sahədə maarifləndirmək lazımdır. Siz necə fikrimlə razısızmı? çünki övladlarını arzularından ayırıb öz seçdikləri ixtisaslara yönəldən valideyn sayı az deyil. Buna fikriniz nədir?
---Bu sualdanda çox xoşum gəldi,bu suala subyektiv fikirimi bildirəcəyəm,ümumiyyətlə pis sənət yoxdu,var istedadlı sənətkarlar var maadiyyat ucbatından məcbur hər hansı bir peşəylə məşğul olanlar,amma hər bir fərd istər valideyn istərsədə onun övladı,öz ürəyinin istədiyi pəşəni seçsə daha doğru olar çünki o istədiyi işlə məşğul olduğuna görə o işə həm ürəyinin qoya biləcək, həm də həvəslə işləyəcək,onsuzda hər hansı peşə seçimindən asılı olmayaraq tutduğu işin ustası olsa ona həmişə tələbat olacaq,peşənin fərqi yoxdur əsas gördüyün işin ustası olasan, ona görə hərə öz sevdiyi işlə məşğul olmasının daha doğru olmasını düşünürəm.
11. İxtisas seçən kəs ilk öncə həmin peşənin gəlirini nəzərindən keçirir. Sizin sahənin gəlirli tərəfindən məlumat verərdiz ki, bu sənəti ucuz hesab edənlər yanıldıqlarını düşünsünlər?
---İxtisas seçərkən onun gəlirini düşünən insanların doğru təfəkkürə malik olmadıqlarını düşünürəm , yuxarıda qeyd etdiklərim əslində bu sualın cavablandırılmış kimi hesab edirəm,amma yenədə subyektiv olaraq cavablandırıram,ümumiyyətlə əvvəl insan olaraq məsuliyyətli olmağa çalişmalıyıq hər bir halda,çünki bu insani xüsusiyyətimiz olmasa heç bir peşə və yaxud da sahə üzrə nailiyyət və insanların bizə olan etibarını qazana bilmərik bu fikrimi də bir mənalı şəkildə qeyd edirəm.
12. İlqar müəllim yekun olaraq gənc nəslə, gənc ailələrə hansı tövsiyəni verərdiz?
---Ümumilikdə yekun olaraq gənc nəsilə tövsiyəm budur ki, çalışıb hərə öz üzərində çox işləsin bir fərd olaraq, yəni nə qədər ki Allah bizi yaradan olaraq dilimizdə deyib onun bizi necə görmək istədiyi cürə heç olmasa (minimal ) ola bilməyə çalişmaq belə cəhdi göstərmiriksə bizim nə bir vətəndaş olaraq, nə də bir fərd olaraq nə cəmiyyətdə, nə özümüzə heç bir faydamız deyə bilməz,ona görə çalışıb birincisi özümüzü bir insan kimi əvvəl təsdiqləyək sonra öz təfəkkürümüzlə boynumuzda olan vəzifələrin doğru düzgün icrasıyla məşğul olaq, çünki heç bir yaradılış boş- boşuna yaradılmayıb. Və sonda qeyd eləmək istəyirəm ki, tutduğumuz peşə və yaxud da hər hansı bir iş olsun,əsas olan odur ki, insanlığımızı qoruyaq,biz mövcud olan mühitə uyğunlaşmasaq muhiti özümüzə uyğunlaşdıraq,yəni dövrü olan nədirsə o işləri görək və belə olan halda həm vətəndaş kimi Vətənə, həm övlad kimi valideyin və yaxınlarımıza, həm də cəmiyyətə faydalı ola bilərik. Zaten faydası olmayanlarla ,ölülələrin heç bir fərqi yoxdur. (hz.Ali)
Çox sağ olun, İlqar müəllim, siz bu müsahiobə ilə gənc nəslə çox faydalı olan məlumatlar verdiniz. Sizə minnətdarlığımızı bildiririk.
Bəli ,əziz oxucular, kənardan sadə və asan görünən foto sənətinin əslində necə incəliklərə malik olduğunu həmin sənətin peşəkarından öyrəndik. Düşünürəm sənət seçimi qarşısında qalan gənc nəsil bu sənətində vacibliyini və təlabatını bilib seçimində tərəddütsüz olacaq.



Öz xəbərlərimiz  Tarix:   31 İyul 2019 / 16:16


« Əvvəlki xəbər (5156 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR