2 avqustda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Avqustun 2-də
hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35,
Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi
rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində
(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz
20-25 dərəcə isti təşkil edəcək.



Xəbərlər  Tarix:   2 Avq 2019 / 00:56


« Əvvəlki xəbər (5154 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR