FHN Mətbuat xidmətinin məlumatı

05 avqust 2019-cu il saat 11:41-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantılarının yanması barədə məlumat daxil olub.
Saat 11:46-dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə çatıb, “2 saylı çağırış” elan edilib. Güclü küləyə baxmayaraq, yanğın saat 13:32 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 15.02-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbərlər  Tarix:   6 Avq 2019 / 00:19


« Əvvəlki xəbər (5130 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR