Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan istiqamətindən"Mazımçay" gömrük postuna daxil olan "BMW 525" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin hər iki ön oturacağının və qabaq sağ ayaqaltının altından üzərində "Petards" yazısı olan 6000 ədəd və üzərində "Football Salute" yazısı olan 250 ədəd pirotexniki vasitələr aşkarlanıb
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi



Xəbərlər  Tarix:   22 Dek 2018 / 21:42


« Əvvəlki xəbər (7282 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR