Vətəndaşın Uğurmediaya şikayəti də öz həlli yolunu tapdı.

Son zamanlar respublikada aparılan abadlaşdırma işləri diqqətdən yayına bilməz. Respublika ərazisində xüsusilə paytaxt ərazisində əhalinin daimi su ilə təmin olunması səbəbindən abadlaşdırma işləri zamanı hündürmərtəbəli binalardan su çənlərinin götürülməsi göstərişi bütün Mənzil İstismar Kommunal Sahələrinə verilmişdir.
Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin göstəriş üzrə lazımi ərazilərdə işlər görərkən su çənlərinin götürülməsi zamanı Naxçivanski 69-da yaşayan Hüseynova Arzu Süleyman qızının da su çəni götürülmüşdür.
Anasının yataq xəstəsi olduğu səbəbindən daim təmizliyə ehtiyac duyulduğu üçün su çəninin qaytarılması məqsədi ilə Arzu Hüseynovaya hüquqi yardım göstərildi və Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Ramsin Abdullayev tərəfindən vətəndaş Arzu xanıma dəyən ziyan ödənildi. Yeni su çəni alınaraq vətəndaş Arzu xanıma uğurmedia xəbər yayım və informasiya agentliyinin əməkdaşlarının iştirakı ilə təqdim olundu.
Bu bir daha sübut etdi ki, hər bir vətəndaşın təklifinə humanist yanaşılır və vətəndaş mövqeyi əsas tutulur. Biz də Uğurmedia.az komandası kimi Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Ramsin Abdullayevə öz minnətdarlığımızı bildiririk. Ümid edirik ki, sizin humanist yanaşaraq xəstə qadının vəziyyəti ilə bağlı Arzu Hüseynovanın müraciətinin həlli yolunun tapılması bütün hüquq orqanlarına bir bariz nümunə olacaq.
Xəbərlər deportamentinin sədri: Vüsalə Dilqəm qızı



Uğurlarımız  Tarix:   14 Avq 2019 / 19:10


« Əvvəlki xəbər (5080 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR