Baş Nazir Novruz Məmmədov “Xəzər innovasiya texnologiyaları” sərgisi ilə tanış olub

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilən Birinci Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub. Sərgidə Azərbaycan stendində İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Virtual cərrahiyyə” startapı təqdim olunub. Azərbaycanın Respublikasının Baş Naziri Novruz Məmmədovla yanaşı, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Rusiyanın Baş Naziri Dmitri Medvedev, Qazaxıstanın Baş Naziri Askar Mamin və forumun digər yüksək səviyyəli iştirakçıları Azərbaycan stendi ilə tanış olublar. Qeyd edək ki, sərgidə region ölkələrinin və onların tərəfdaşlarının elmi-texniki potensialı əyani şəkildə təqdim olunub. Sərgidən sonra foruma təşrif buyuran qonaqların şərəfinə rəsmi ziyafət təşkil edilib.



Xəbərlər  Tarix:   15 Avq 2019 / 00:16


« Əvvəlki xəbər (5079 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR