Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 15-də saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.
Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.
Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.
Şagird yerdəyişməsinin elektronlaşdırılması şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.



Xəbərlər  Tarix:   15 Avq 2019 / 01:41


« Əvvəlki xəbər (5069 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR