Hərbi dənziçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin qalibi olub

“Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsi avqustun 15-də başa çatıb.
Müsabiqə zamanı komandalar “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələləri üzrə müxtəlif tapşırıqlar icra edib.
Azərbaycan hərbi dənizçiləri “Dəniz kuboku - 2019” müsabiqəsinin qalibi olub.
Belə ki, müsabiqənin yekunlarına görə beynəlxalq hakimlər briqadasının qərarına əsasən Azərbaycan 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran komandası isə 136 balla dördüncü yerə layiq görülüblər.



Xəbərlər  Tarix:   16 Avq 2019 / 01:12


« Əvvəlki xəbər (5061 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR