Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilib

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Fövqəladə Hallar Nazirliyinin məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.
Qeyd edək ki, R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.
10:51
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.



Xəbərlər  Tarix:   21 Avq 2019 / 23:04


« Əvvəlki xəbər (5037 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR