“Təmiz hava aylığı” ilə bağlı növbəti aksiyalar keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Nərimanov və Nəsimi rayonlarında keçirib.
22 avqust 2019-cu il tarixində keçirilən birgə tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.
“Təmiz hava aylığı” ilə bağlı tədbirlər ayın sonunadək davam etdiriləcək.



Xəbərlər  Tarix:   22 Avq 2019 / 23:54


« Əvvəlki xəbər (5029 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR