Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verib

Avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.



Xəbərlər  Tarix:   24 Avq 2019 / 01:11


« Əvvəlki xəbər (5022 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR