Bakıda daha bir qəza.

Bu dəfə yol qəzasını nə avtomobil, nə də sərnişin daşıyan nəqliyyat vasitəsi törətməyib. Dünən gecə saat 22:30-da İnşaatçilarda yol qəzası baş verib. Motosiklet bir qadını vuraraq yaralayıb. Qadın orta ağır vəziyyətdə Respublika Semaşka xəstəxanasına qaldırılıb.Əməkdaşımız Xəyal Cəfərov hadisə yerində olmuşdur. Məlumat əsnasında qadının 1983-cü il təvəllüdlü, əslən Gəncə şəhərindən olan Qənirə Məmməd qızı Abdullayeva olduğu aşkarlanıb. Aldığı xəsarətlər orta ağır qiymətləndirilir. Allah şəfa versin.
Xəbərlər deportamentinin sədri: Vüsalə Dilqəm qızı



Öz xəbərlərimiz  Tarix:   26 Avq 2019 / 21:05


« Əvvəlki xəbər (5012 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR