Polismizin ELİV işədüzəltməyə olan münasibəti

Uğurmedia xəbər və yayım informasiya agentliyinin redakiyasına ELİV işədüzəltmə qurumu tərəfindən aldadılan Yaqubov İlqar, Süleymmanov Əsgər və Nuriyev Aydın gələrək öz başlarına gələn hadisədən danışdılar.Aldadılan və ziyana uğrayan vətəndaşlara bu mövzuda Ugurmedia xəbər və yayım informasiya agentliyinin Hüquq şöbəsinin hüquqşunası Hüseynova Qələmzər hüquqi yardım göstərdi
Sözü gedən məsəslə ilə bağlı məqalə mediamızda və xəbər portallarında işıqlandırıldığdan sonra polis bu məsələyə öz mövqeyini bildirdi və rəsmi şəkildə məktub ünvanlandı.
Məktubda:”Pulunuzun ələ keçirilməsi ilə bağlı tədbir görülməməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinizə baxılmışdır.Müəyyən olunmuşdur ki“Sizin və qeyrilərinin pulunun ələ keçirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə Bakı şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat İdarəsində Ceyhun Qələbəyova,Məcid Məcidova və Elvin Məhərrəmova Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 178.3.1.(Dələduzluq) maddəsi ilə ittiham elan edilərərk barələrində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi Azərbaycan Respublikasının Baş Prokrorunun yanında Korrupsiyay qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.
Müraciətiniz cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir”
Bu gün Azərbaycan polisinin yüsək səviyyədə xalqa xidmət etməsi danılmazdır.Uğurmediada işıqlanan vətəndaşların aldadılması ilə bağlı məsələyə dərhal münasibət göstərmələri təqdirəlayiq bir haldır.Uğurmedia adından vətəndaşlara dəymiş zərərin ödənilməsində köməklik göstərmələrini onlardan xahiş edirik.Problemin həllinə nail olduğdan sonra istintaq işinin uğurlu nəticəsini uğurmedia olaraq ictimailəşdirməyi özümüzə borc bilirik.
Ugurmedianın hüquqşünası :Hüseynova Qələmzər



Hüquqi yardım  Tarix:   27 Avq 2019 / 14:14


« Əvvəlki xəbər (5011 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR