Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən ailələr ilə görüş və xeyriyyə aksiyası təşkil olunub

26 avqust 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Mərkəzdən bəhrələnən ailələr ilə görüş və xeyriyyə aksiyası keçirilib.
Komitə sədri Hicran Hüseynova çıxış edərək bildirib ki,
Bu gün ölkəmizdə bütün sahələrdə inkişaf var, ildən-ilə uğurlarımızın sayı artır. Və əlbəttə ki, bütün bunlar vətəndaşlarımızın daha yaxşı yaşaması üçündür. Həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş dayanır, cənab Prezidentin dediyi kimi, “Heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır”. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Əlbəttə, bütün problemləri həll etmək mümkün olmur, amma bu insanları dinləmək, onları düzgün istiqamətləndirmək, hüquqi və sosial-psixoloji yardım göstərmək vəzifəmizdir. Biz də Komitə olaraq hər zaman vətəndaşların yanındayıq. Çalışırıq ki, imkan dairəsində köməklik göstərək. Lazım olan bütün məlumatları nəzərinizə çatdıraq. Bu mənada Uşaq və Ailələrə Dəstək Mərkəzlərimizin rolunu xüsusi qeyd etmək istərdim.
Bu gün Azərbaycanda aparılan nəhəng quruculuq işləri nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edilib, əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərq demək olar ki, aradan qalxmışdır. Və əlbəttə ki, ölkə həyatındakı bu dəyişikliklərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu olmuşdur. Fond, milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya və s. sahələrində maraqlı layihələr həyata keçirir.
Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib və eyni zamanda, şəhid ailələri, müharibə veteranları, müharibə əlillərinə də mənzillər təqdim edilmişdir. Cəmiyyətimizin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır.
O, müstəqil Azərbaycanın nailiyyətlərini, Qarabağ həqiqətlərini ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün bütün səylərini göstərir. Mehriban xanım tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni rakursda, həm də ləyaqətlə davam etdirir. Biz çox fəxr edirik ki, ilk Avropa və IV İslam Həmrəyliyi Oyunlarına bizim Birinci xanımımız başçılıq etdi, bu da bir daha dünyaya Azərbaycan qadınının yüksək intellektini və peşəkarlığını göstərmiş oldu. Mehriban xanım həm də yüksək siyasi potensiala malik olan dövlət xaqdimidir. Və bunu bütün tanınmış dövlət başçıları, nüfuzlu siyasi xadimlər təsdiqləyir. Nə üçün xalq ölkənin başçısını və Birinci vitse-prezidenti bu qədər sevir? Çünki, vətəndaşlar cənab Prezidentin və Mehriban xanımın timsalında onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər, əksinə insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək.
Dünyanın bütün məşhur şəxsləri “Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Lakin, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan kişi dayanır. Və təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır. Biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. O övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərə bağlı əsl vətəndaş kimi tərbiyə etmişdir.
Bu gün Mehriban xanımın ad günüdür. Alicənablıq, kübarlıq kimi ali insani dəyərlər, kreativ, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif, mərhəmətli, şəfqətli Mehriban xanımı bir daha təbrik edir, Azərbaycanımızın inkişafı üçün şərəfli fəaliyyətində uğurlar arzulayıram.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Məlahət İbrahimqızı, Xəzər rayon icra başçısının müavini Lalə Əhmədova çıxış edərək bildirdilər ki,
Daşnaq Ermənistan tək bizim torpağımızı deyil həm də milii dəyərlərimizi də oğurlayıb. Qədim musiqi alətimiz olan balabanı, milli mətbəxtimizdən lavaş, dolma kimi milli mənəvi dəyərlərimiz də yağılar tərəfindən mənimsənilib.
Həm də qeyd olundu ki, Dolma nənələrimizin zəhmətidir. Dünyada ən zərif kulinariya kəşfi hesab olunur. Dolma Ermənistanla Azərbaycan arasında mübahisəli məsələ idi. Həm də Mehriban xanım UNESCO-da (Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu) çıxışı zamanı da təsdiq etdi ki, dolma Azərbaycan kulinariyasına aiddir. Və Dolmanı Azərbaycan qadınlarının bir sənət əsəri kimi UNESCO listinə salıbdır.
Biz bu gün Azərbaycanımızla fəxr edirik. Evrovision təşkilat komitəsinin sədri Mehriban xanım olub və indiyədək həmin mahnı müsabiqəsi Azərbacandakı qədər əks səda salmadı. Azərbaycan inkişafında Bakının günü-gündən gözəlləşməsi, mədəniyyəti bütün dünyaya nümayiş olunur.
Tədbir çərçivəsində Şüvəlan UADM-dən bəhrələnən aztəminatlı və həssas təbəqədən olan ailələrə ərzaq yardımı, uşaqlara məktəb ləvazimatları və məktəbli forması təqdim edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova daima problemli, az təminatlı və həssas ailələrin yanında olub. Onların dərdinə şərik olaraq məlumatları respublikanın birinci xanımı Mehriban Əliyevaya çatdırıb. Bu sferadan uğurlu tədbirlər və layihələr həyata keçirib. Biz də uğurmedia agentliyi olaraq Hicran xanımın uğurlarını izləmiş və sevincinə şərik olmuş və dəstəkləmişik.
Onu da qeyd edək ki, Şüvəlanda keçirilən tədbirdə Uğurmedia xəbər yayım və informasiya agentliyinin təsisçi və baş redaktoru Tərlan Abbasov da iştirak edib. Oradakı yardım olunan ailələrin sevincinin şahidi olmuşdur. Köməklik olunan ailələr Azərbaycanın Birinci vitse-prezidenti -Mehriban xanıma və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanıma öz təşəkkürlərini bildirmişlər.
Xəbərlər deporamentinin sədri: Vüsalə Dilqəm qızı



Öz xəbərlərimiz  Tarix:   27 Avq 2019 / 23:47


« Əvvəlki xəbər (5010 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR