Yusuf və Sevinc cütlüyünə açilan bank hesabı

Bu gün sosial şəbəkələrdə xüsusilə də instaqram səyfələrində ən aktual və ən çox paylaşılan məsəslələrdən biri müxtəlif xəstəliklər səbəbilə vətəndaşların maddi olaraq kütlənin yardımdan yararlanmaları üçün açılan bank hesablarıdır.Bütün instaqram izləyiciləri kimi əməkdaşımıza da hansısa bir gənc ailənin probleminin həlli yolunda maddi dəstək göstərməsi üçün bank heasabı göndərildi.Biz də Ugurmedia olaraq sözü gedən gənc ailənin -Yusuf və Sevinc cütlüyünün adına açılan bank heasbını daha geniş müstəvidə ictimailəşdirərək problemin tez həll olunmasına təkan vermək istədik.Bunun üçün gənc ailəyə hesabın doğruluğuna əmin olmaq üçün ailəni yaxından tanımaq təklifini etdik.Lakin qarşı tərəfin bu təklifə münasibəti bizi təəcübləndirdi.”Yox , cütlük ictimailəşdirilməyə razı deyil.”Bu fikir bizdə cavabsız suallar və şübhə yaratdı.Əgər, xalqa sığınıb xalqdan kömək umuruqsa nəyə görə xalqdan gizlənirik?Axı xalqn haqqıdır ki,bilsin kimə və nə üçün kömək edir.
Bildiyimiz kimi,son zamanlar xalqımızın yardım sevərliyindən istifadə edərək bəzi vətədaşlar rahat pul qazanmağın yolunu tapıblar .Bu hal dəfələrlə təkrarlanıb .Dövlət orqanlarından xahiş edirəm xalqın mərhəmətliliyindən istifade edərək xalqın cibinə girən və saxta bank hesablarından istifadə edən dələduzları araşdırsınlar və lazimi tədbir görsünlər
Ümid edirəm ki,qarşılaşdığımız Yusuf-Sevinc cütlüyünə açılan bank hesabı saxta deyildir. Bu halda Ugurmedia olaraq yenə də yardımımızı əsirgəməyəcəyik.Əgər saxdadırsa aidiyyəti orqanlar tərəfindən nəzarətə alınmasını və lazimi tədbir görülməsini xahiş edirik.
Ugurmedianın təsisçi və baş redaktoru :Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   28 Avq 2019 / 15:46


« Əvvəlki xəbər (2673 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR