Cəfərov Rəvan İldırım oğlunun oğurluq telefonla bağlı Ugurmediyaya etdiyi şikayətinin həlli

Cəfərov Rəvan İldırım oğlu Ugurmedi xəbər yayım və informasiya agentliyinin redaksiyasına gələrək başına gələn problemdən danışdı .O, 28 may tərəfdə yerləşən İphone telekom adlanan telefon mağazasından 3 ay zəmanətlə Samsung J2 modelli ikinci əl telefonu alıb, və bir müddət keçdikdən sonra zəng edilib telefonun oğurluq olduğu haqqında məlumat verilərək telefon əlindən alınıb. 3 ay zəmanəti ola-ola mağaza tərəfindən nə, vətəndaşa dəyən zərər kimi göstərilən 120 manat pul vəsaiti nədə ki, telefon geri qaytarılmayıb.
Vətəndaşa Ugurmedıanın Hüquq şöbəsi hüquqi yardım etdi.
Azərbaycan Respublikası Daxili İşlər Nazrliyi Bakı şəhər Baş polis idarəsindən Qusar rayonu ,Balaqusar kəndində yaşayan vətəndaş Cəfərov Rəvan İldırım oğluna
Vətəndaş Rəvan Cəfərovun işlətdiyi mobil telefonun oğurluq olması ilə əlaqədar Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən əlindən alınması ,elecə də sonuncunun həmin telefonu aldığı mağaza ilə bağlı Nəsimi RPI -22 PŞ-yə şikayət etməsinə baxmayaraq araşdırmanın aparılmaması barədə DİN-in rəhbərliyinə ünvanlanmış müraciətə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır.
Müəyyən edilmişdir ki,vətədaş Rəhimə Şəldiyevanın mobil telefonun oğurlanması barədə 29-cu PŞ-yə ünvanladığı müraciət əsasında aparılan araşdırma zamanı Rəvan Cəfərov tərəfindən istifadə edilməsi müəyyən edildiyindən o,polis şöbəsinə dəvət edilmiş və mobil telefonu könüllü olaraq qəbzlə təhvil vermişdir.
Bundan başqa vətəndaş Cəfərovun Nəsimi rayonu ərazisində yerləşən mağazasının ona oğurluq mobil telefon satması barədə 22-ci PŞ-yə ünvanlanmış ərizəsinin icrası polis sahə rəisi Elman Məmmədova həvalə edilsə də, sonuncu həmin müraciətin icrası ilə əlaqədar bir sıra nöqsanlara yol verdiyinə görə Bakı şəhər BPİ-nin rəhbərliyinin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb olunmuş və vətəndaş Rəvan
Cəfrovun müraciətinin icrası Nəsimi RPİ-nin rəhbərliyinə həvalə edimişdir.
Müraciətinizin baxılmasının nəticəsindən narazı qaldığınız təqdirdə müvafiq qaydada məhkəməyə şikayət etmək hüququnuz vardır.
Hörmətlə,Təşkilatı –İnspektor İdarəsinin rəisi:Vüqar Ələkbərov
Vətəndaşın işinin icrası Nəsimi RPİ-nin icrasına həvalə edilsə də,mağaza sahibinə qarşı heç bir tədbir görülməyib və vətədaşın problemi problem olaraq qalıb.Aidiyyatı qurumlardan biz ugurmedia olaraq şəhərin mərkəzində -28-də yerləşən oğurluq mobil telefon satan dükan sahibinin cəzalandırılmasını xahiş edirik.
Zərəçəkən 120 manat tələbinə dair məhkəmədə iddia ərizəsi qaldırdı və pulunu tələb etdi. Bəs ,şəhərin mərkəzində oğurluq telefon satan və heç bir məsuliyyətə də cəlb olunmayasan.Bu nə dərəcədə doğrudur?!
Uğurmedianın təsisçi və baş redaktoru :Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   2 Sen 2019 / 15:18


« Əvvəlki xəbər (4974 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR