2019-cu ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

019-cu ilin avqust ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
Əlavə dəyər vergisinin bəyannaməsi,
Aksiz bəyannaməsi,
Yol vergisinin bəyannaməsi,
Mədən vergisinin bəyannaməsi,
Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
Muzdlu işlə əlaqədar 2019-cu ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
Xüsusi notariusların 2019-cu ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin avqust ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin sentyabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:
15.09.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.09.2019-cu il tarixə keçirilmişdir.
20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.



Xəbərlər  Tarix:   2 Sen 2019 / 23:56


« Əvvəlki xəbər (4961 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR