İdmançılarımız Respublika yarışından 3 medal ilə qayıtdılar

26 avqust 2019-cu il tarixdə Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Savat idman növü üzrə açıq birincilik və çempionatı keçirilmişdir.
Yarışın məqsədi Respublika və Bakı şəhərində Savat idman növünün təbliği və inkişafı, Savat idman növü ilə məşğul olan idmançıların yarış təcrübələrinin artırılması, yığma komandanın tərkibinin müəyyən olunması və perspektivli idmançıların aşkar edilməsi olmuşdur.
Birincilikdə Astara rayonunu təmsil edən idmançılardan 30 kq çəki dərəcəsində Əliyev Mirzə və 40 kq çəki dərəcəsində Əskərli Qulam III yerə, 30 kq çəki dərəcəsində Ali Hüseyn isə II yerə layiq görülmüşlər.
Qeyd edək ki, idmançılarımızı yarışa karate idman növləri üzrə məşqçi-müəllim, III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlamışdır.



Xəbərlər  Tarix:   4 Sen 2019 / 01:25


« Əvvəlki xəbər (4955 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR