Beynəlxalq layihənin iştirakçıları Binəqədi Gənclər Evinə səfər ediblər

04 sentyabr 2019-cu il tarixində “Young Parents Young Empowerment” layihəsinin Azərbaycan, İtaliya və Ukraynadan olan iştirakçıları “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə səfər ediblər.
Qonaqları burada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və Binəqədi Gənclər Evinin əməkdaşları qarşılayıblar.
Qonaqları salamlama və tanışlıqdan sonra Binəqədi rayonunda gənclər sahəsində həyata keçirilən layihələrdən bəhs edən videoçarx nümayiş etdirilib. Layihə iştirakçıları Gənclər Evində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə yaradılan şəraitlə tanış olublar. Binəqədi Gənclər Evinin əməkdaşı, dövlət qurumları və təşkilatlarla iş üzrə menecer Fidan Həsənli və psixoloq Teybə Xəlilova layihə iştirakçılarına Binəqədi Gənclər Evinin fəaliyyəti, burada gənclərə göstərilən xidmətlər haqqında ətraflı məlumat veriblər.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsi Gülverdiyev isə dövlət gənclər siyasəti, ölkədə sahibkarlığa dəstək və gənc ailələrə yaradılan şərait barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıb, onların suallarını cavablandırıb.
Layihə iştirakçılarının səfəri çay süfrəsi ətrafında maraqlı anlarla yekunlaşıb.
Qeyd edək ki, “Young Parents Young Empowerment” layihəsinin keçirilməsində məqsəd gənc valideynlərin sahibkarlıq bacarıqlarının artırılması, onlara kiçik biznes, xidmət və digər sahələrdə işə başlamaq üçün özünəinam, planlama, büdcə, marketinq və digər zəruri bacarıqların aşılanmasıdır.



Xəbərlər  Tarix:   4 Sen 2019 / 23:59


« Əvvəlki xəbər (4946 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR