İslam adı altında dələduzluq

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. İslam insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməmiş, dövlət müstəqilliyini qazanmış ölkə yenidən İslama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur.
İslam dini ən yüksək kamillik, şamillik, rəhmət və ədalət kimi vəsf olunur. Çünki bu şəriəti nazil edən, məxluqatı yaradan və onların sahibi olan Allahdır. Allahın əmrinə sayqı və yaratdıqlarına mərhəmət,yaradılanı yaradana görə sevmək İslamın əsas təməl prinsiplərindən biridir.İslamda sosial prinsiplərdən biri də özündə fədakarlığı əks etdirən yardımlaşma və paylaşmadır.Yardımlaşma maldan sevgiyə qədər hər şeyin bir başqasına könüllü olaraq verilməsidir.Yardımlaşma eyni zamanda insanlar arsında birlik və bərabərliyi gücləndirən amildir.
Son zamanlar Azərbaycanda yardımlaşma ən çox sosial şəbkələrdə (instaqram və facebookda )müxtəlif bank heasblarının açılması yolu ilə təzahür edir.Xalqımızın fədakar ,mərhəmətli və yardımsevərliyi yardıma ehtiyacı olan vətəndaşların problemlərinin daha tez həll olunmasına birbasha öz təsirini göstərir.Azərbaycan əhalisinin 95 faizindən çoxunun islam dininə etiqad etmələrini nəzərə alaraq bu yardımlaşmanın ən çox İslam dini fonunda aparılmasının şahidi oluruq.
Bir qisim islami əxlaqdan kənar olan insanlar cəmiyyətimizin böyük hissəsini əhatə edən ” dini yardım “ və “dini yayma”anlayışılarından sui-istifadə edirlər.Müxtəlif səbəblər altında müəyyən vəsaitlər toplayirlar.Ən pisi isə yetkinlik yaşına çatmamış azyaşlı uşaqları istismar edərək “pul qazanırlar.”Övladlarını xəstə kimi qələmə verib çox çirkin bir şəkildə dini yardım adı altinda xalqın cibinə girirlər. Valideyin kəliməsinə ləkə gətirəcək bir şəkildə öz əməllərinə davam edirlər.
Dələduz əməllərinə islam donu geyindirən bu qrup şəxslər sadə vətəndaşlar tərəfindən aşkarlandıqda onları təhqir edirlər,heç kimdən qorxmadıqlarını bildirirlər ,hətta onların barəsində hüquq mühavizə orqanlarının və dövlətin belə xəbərdar olduqlarını söyləyirlər.
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Dövlətimizin din sahəsində apardığı siyasət isə, cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub.Lakin, bu bəzi qrup şəxslərin dələduz əməllərini həyata keçirtməyə əsas vermir.
Ugurmedianın hüquqşünası: Hüeynova Qələmzər



Hüquqi yardım  Tarix:   5 Sen 2019 / 11:47


« Əvvəlki xəbər (4936 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR