Rafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib

Bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edən R.Ağayev, yarımfinalda Ukraynalı idmançıdan üstün olub. Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.
Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.
Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, Olimpiadada karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub.



Xəbərlər  Tarix:   7 Sen 2019 / 01:47


« Əvvəlki xəbər (4922 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR