Özbəkistanın Kokand şəhərində keçirilən festivalda Azərbaycan da iştirak edir

Özbəkistanın Kokand şəhərində Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı keçirilir.
Festivalda dünyanın 60 ölkəsindən gələn sənətkarlar, bu sahənin ekspertləri iştirak edir.
Azərbaycandan isə bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar sentyabrın 15-dək Azərbaycanda işlənən xalq tətbiqi sənət nümunələrini nümayiş etdirəcəklər.
Sentyabrın 14-də tədbirin rəsmi açılış mərasimi keçiriləcək. Açılışda Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edəcək.



Xəbərlər  Tarix:   12 Sen 2019 / 22:31


« Əvvəlki xəbər (4901 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR