Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Cəlilabad rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 4 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Masallı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan Lənkəran rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Cənub Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az



Xəbərlər  Tarix:   3 Okt 2019 / 00:56


« Əvvəlki xəbər (4809 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR