"Mən müəlliməm" kampaniyasına qoşulun!

Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır. Kampaniya oktyabrın sonunadək davam edəcək.
Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.



Xəbərlər  Tarix:   3 Okt 2019 / 01:47


« Əvvəlki xəbər (4803 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR