Sındırılmış parol nəticəsində 5000 azn zərər.

Esmira Eldar qızı ugurmedia xəbər və yayım informasiya agentliyinin redaksiyasına gələrək başına gələn hadisəni danışdı .Belə ki, Esmira xanıma məxsus olan turuzim şirkətinin 20 sentyabr saat 15:00 radələrindən 26 sentyabr tarixinə qədər olan müddətdə rəsmi elektron poçt ünvanı işləməz vəziyyətdə olub.Eyni zamanda şirkətin rəsmi elektron poçtunda (E-maildə) avqustun 27-dən sentyabrın 24 -ə kimi olan bütün məlumatlar silinib.Zərərçəkən hadisə baş verən gündən məsələyə aydınlıq gətirmək üçüm “Google” şirkəti ilə və eyni zamanda proqramistlə əlaqə saxlayıb.Proqramistin səyi nəticəsində elektron poçt bərpa olundu.Məlum olub ki ,sözü gedən elektron ünvanın şifrəsi dəyişdirilib.Nəticədə Esmira xanım 5000 manat maddi zərərə məruz qalıb,şirkətin işgüzar nüfuzuna xələl gəlib.
Esmira xanım aidiyyatı qurumlardan cinayətkarın tapılaraq cəzalandırılmasını xahiş edir.Biz də ugurmedia xəbər və yayım informasiya agentliyi olaraq inanırıq ki,sözü gedən məsələ öz həllini tapacaq və cinayətkar öz cəzasına çatacaq .
İş tam öz həllini tapdıqdan sonra onun nəticəsini ictimailəşdircəyik.Ümid edirik ki digər bu qrupdan olan cinayətlərə örnək olacaq.
Ugurmediyanın hüquqşünası : Qələmzər Hüseynova



Hüquqi yardım  Tarix:   3 Okt 2019 / 16:11


« Əvvəlki xəbər (4800 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR