Əlilliyi olan şəxslər səyyar formada reabilitasiya vasitələri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi Bakıya gəlmək imkanları olmayan əlilliyi olan şəxslərin səyyar formada reabilitasiya vasitələri ilə təminatı işlərini davam etdirir. Bu məqsədlə cari ilin sentyabr ayında Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında əlilliyi olan vətəndaşlara səyyar protez-ortopedik xidmətlər göstərilib. Qeyd olunan rayonlarda 54 əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Həmin vətəndaşlara 1 ədəd yuxarı ətraf protezi, 2 cüt ortopedik ayaqqabı, 1 ədəd bandaj, 3 əlil arabası, 26 cüt dirsəkaltı, 20 cüt qoltuqaltı ağac, 46 ədəd əsa, 116 ədəd güdül üçün corab, 28 ədəd dizlik, 3 ədəd yara əleyhinə döşəkcə, 86 ədəd rezin ucluq verilib.
Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti mərhələdə cənub bölgəsində yaşayan əlilliyi olan şəxslərə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi planlaşdırılır.



Xəbərlər  Tarix:   4 Okt 2019 / 21:54


« Əvvəlki xəbər (4786 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR