Balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxaraq geri qayıtmayıblar.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxmış və təyin olunan vaxtda geri qayıtmayıblar.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.



Xəbərlər  Tarix:   8 Okt 2019 / 22:58


« Əvvəlki xəbər (4767 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR