Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin Sədri Almaz Zeynalovanın təşkilatçılığı ile tədbir keçirildi.

9 oktyabr 2019 cu il tarixində Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin Sədri Almaz Zeynalovanın təşkilatçılığı ile Xətai rayon Məşğulluq mərkəzinin direktoru Quluzadə Ramal Balay oğlu ilə möhtəşəm bir tədbir keçirildi.Tədbirdə məqsəd işə ehtiyacı olan şəxslərlə bərabər Şəhid ailələrindən olan işsizlərə diqqət və qayğının yönləndirilməsi idi.Tədbir təşkilatçısı və tədbirə ev yiyəliyi edən Almaz xanım Zeynalova gələn qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Tədbirdə Təşkilatın hüquqşünası Məmmədov Asəf müəllim, Ağdam döyüşlərinin əlili və təşkilatın fəal üzvü Əli müəllim Şəhid ailələri müharibə veteranları ,Qarabağ müharibəsinin canlı şahidləri , həmçinin bir neçə Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbər və üzvləri o cümlədən Ugurmedia online internet televiziyasının təsisçi və baş redaktoru Tərlan Abbasov kanalın hüquqşünası Qələmzər Hüseynova da iştirak etdilər. Tədbirdə Xətai rayon Məşğulluq mərkəzinin direktoru Quluzadə Ramal Balay oğlu mərkəzin dövlət tərəfindən hazırlanmış proqramından geniş və ətraflı olaraq məlumat verib tədbir iştirakçılarının ünvanladığı sualları cavablandırdı. Tədbirin sonunda Almaz xanım Zeynalova Xətai rayon məşğulluq mərkəzinin direktoru Ramal Quluzadəni şifahi təşəkkürdən əlavə rəsmi təşəkkürnamə ilə təltif etdi.
Ugurmedia ictimai əlaqələr şöbəsinin müdiri: Mətanət Akif qızı



Öz xəbərlərimiz  Tarix:   10 Okt 2019 / 13:43


« Əvvəlki xəbər (4749 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR