Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 61 791 şəxsi işlə təmin edib

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.
Onlardan 21 978-i qadınlardır.
Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub



Xəbərlər  Tarix:   18 Okt 2019 / 00:25


« Əvvəlki xəbər (4705 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR