KənKənd Təsərrüfatı Nazirliyi 151 vakant yer üzrə işə qəbul elan edibd Təsərrüfatı Nazirliyi 151 vakant yer üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 151 vakant yer üzrə işə qəbul elan edilib. Elana əsasən, nazirlik tərəfindən 47 baytar həkimi, 33 aqronom, 23 aqrokimyaçı,16 aqrotexnik, 12 baytar feldşeri, 5 laborant, 11 sürücü, 4 traktorçu vakant yerlər üzrə işə qəbul ediləcəklər. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər. Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Tovuz, Lənkəran Sabirabad, Beyləqan, Xocalı rayonlarındakı qurumlarda vakant laborant ştatları

İş haqqında qısa təsvir:

Bu iş laboratoriyada olan cihaz, mikroskop və digər texniki vasitələri istifadə etmək üçün xüsusi hazırlığa malik olmaqla xam maldan analizlərin götürülməsi, onların analizə hazırlanması, əkilməsi, analizlərinin aparılması işini yerinə yetirilməsindən ibarətdir.

Əmək funksiyaları
Heyvanlarda olan keçici xəstəliklərin müayinə edilməsi üçün baytarlıq-sanitariya qaydalarına uyğun olaraq analizlərin götürülməsini və onların yoxlanılması işini aparmaq
Toxum və torpaq nümunələrini götürməklə tədqiqat aparmaq və laboratoriya müayinələri etmək
Götürülmüş ət, piy, toxum və torpaq nümunələrinində analizlərin aparılmasını təmin etmək.
Təcrübəyə dair tələblər:
Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:
Ali və ya orta ixtisas təhsili
Kompüter biliklərinə dair tələblər:
Microsoft Office Proqramları
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
müalicə əşyalarından və ləvazimatlarından istifadə qaydası
müalicələrin aparılması qaydası
laboratoriya analizlərinin götürülməsi, analizlərin və müayinələrin aparılması
müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydaları
Sertifikat tələbləri:
-
Fərdi keyfiyyət tələbləri:
Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
310-350 AZN
İş vaxtının norması:
09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 22.10.2019
Son müraciət tarixi 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: b.aliyev@axa.gov.az


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Cəlilabad, Göygöl, Masallı, Qazax, Qobustan, Sabirabad, Şamaxı, Şəmkir, Tovuz,Xaçmaz, Zərdab rayonlarındakı qurumlarda vakant sürücü vəzifələri, Bərdə, Şamaxı, Şəki ,Balakən rayonlarındakı qurumlarda vakant traktorçu vəzifələri

İş haqqında qısa təsvir:
Bu iş avtonəqliyyat və ya traktorun idarə edilməsindən ibarətdir.

Əmək funksiyaları
Avtomobilin və ya traktorun idarə edilməsi
Təcrübəyə dair tələblər:
-
Təhsil və ixtisas tələblər:
Sürücülük məktəbi
Kompüter biliklərinə dair tələblər:
-
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
Yol hərəkəti qaydaları
Mexaniki nəqliyyat vasitəsinin texniki parametrlərini
əməyin mühafizəsi qaydalarını, texniki təhlükəsizlik qaydalarını
Sertifikat tələbləri:
Sürücülük vəsiqəsi
Fərdi keyfiyyət tələbləri:
Nizam-intizamlıq, səbirlilik, diqqətcillik
Əmək haqqı:
250-290 AZN
İş vaxtının norması:
09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 22.10.2019
Son müraciət tarixi 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: b.aliyev@axa.gov.az


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Bərdə, Xocalı, Laçın, Tərtər, Beyləqan, Goranboy, Lənkəran, Quba, Xaçmaz, Siyəzən, Sabirabad, Şəki, Qax,Salyan,Tovuz, Gədəbəy, Şəmkir, Ucar rayonlarındakı qurumlarda vakant aqrokimyaçı ştatları
İş haqqında qısa təsvir:
Bu iş Laboratoriyanın iş planına əsasən, yaxud torpaq mülkiyyətçisinin sifarişi ilə torpaq tədqiqatını aparmaq,əkin, yaxud çoxillik əkmələr altında olan torpaq sahəsindən aqrokimyəvi analiz aparmaq üçün torpaq nümunələri götürmək, eyni zamanda sələf bitkisi, onun gübrələnməsi, aqrotexnikanın səviyyəsi, torpaqların eroziyaya uğrama dərəcəsi, bitkilərin nəmliklə təmin olunması barədə məlumatları toplamaqdan ibarətdir.
Əmək funksiyaları
Aqrokimyəvi torpaq analizləri (mütəhərrik fosfor, asan hidroliz olunan azot, mübadiləvi kalium, torpağın reaksiyası (pH) və s.) laboratoriyasında müvafiq laboratoriya cihazları və reaktivlərlə, bunlar olmadıqda layihə-axtarış kimyalaşdırma stansiyalarında analiz aparıldıqdan sonra, analizin nəticələrini təhlil etmək.
Torpaqda olan qida maddələrinin miqdarına (azot, fosfor və kalium) və planlaşdırılan məhsuldarlığa görə gübrə norması hesablanır. Eyni zamanda torpaq analizi nəticələrinə və toplanmış digər məlumatlara əsasən sahənin aqrokimyəvi pasportu tərtib etmək.
Laboratoriyanın xidmət göstərdiyi ərazidə torpaqların şorakətləşməsi halları mövcuddursa, mütəxəssis tərəfindən torpaq tədqiqatı və aqrokimyəvi analizin nəticələrinə əsasən torpaqların şorakətləşmə dərəcəsi müəyyənləşdirib gipsləmə aparmaq üçün layihə-smeta sənədləri hazırlamaq.
Bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyənləşdirir və istehsalçılara məhsulun tədarük olunması barədə rəy və tövsiyələr vermək
Təcrübəyə dair tələblər:
Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:
Aqronomluq, Bitki Mühafizə, Kimya və Torpaqşünaslıq sahəsində ali təhsil
Kompüter biliklərinə dair tələblər:
Microsoft Office Proqramları
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları
müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini
sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini
əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını
Sertifikat tələbləri:
-
Fərdi keyfiyyət tələbləri:
Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
320-520 AZN
İş vaxtının norması:
09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 22.10.2019
Son müraciət tarixi 22.11.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: b.aliyev@axa.gov.az


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Göygöl, Quba, Şamaxı, Bərdə, Tovuz, Kürdəmir rayonlarındakı qurumlarda vakant böyük aqrotexnik ştatları

İş haqqında qısa təsvir:

Bu iş xidmət etdiyi sahələrdə işlərin keyfiyyətlə aparılmasına əvvəlcədən hazırlıq işlərini yerinə yetirmək,avadanlıqların, cihazların qurğuların gigiyenik, təmiz, saz halda saxlanılmasını və daim işlək vəziyyətdə olmasını təşkil etməklə, xidmət etdiyi sahənin xüsusiyyətinə uyğun olaraq nümunələrin götürülməsi, analizlərin aparılması, nəticələri barədə rəy və təkliflər hazırlanmasından ibarətdir.
Əmək funksiyaları
İşçilərin əmək şəraitinin mühafizəsini təmin etmək məqsədilə onların xüsusi geyim, qida maddələri, sabun və digər mühafizə vasitələri ilə təmin edir və iş prosesində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl etmək.
Analiz üçün lazım olan kimyəvi məhlul və preparatların saxlanılması, təminatı və istifadə edilməsi işini daim nəzarətdə saxlayır, aparılan analiz, sınaq və təcrübə işləri başa çatdıqdan sonra cihazların alətlərin sanitar gigiyena qaydalarına uyğun olaraq təmizlənməsi, yuyulması, dezinfeksiya edilib növbəti iş prosesinə hazırlanmasını təşkil etmək
Təcrübəyə dair tələblər:
Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:
Ali və ya orta ixtisas təhsili
Kompüter biliklərinə dair tələblər:
Microsoft Office Proqramları
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
aidiyyəti sahə üzrə təlimatları, tövsiyələri; cihaz və avadanlıqların saxlanılmasını, onlardan istifadə qaydalarını; kimyəvi məhlulların və preparatların saxlanılma qaydasını, onlardan istifadə metodikasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.
Sertifikat tələbləri:
-
Fərdi keyfiyyət tələbləri:
Ünsiyyət qabiliyyəti, analtik düşünmə, nizam-intizamlıq
Əmək haqqı:
310-350 AZN
İş vaxtının norması:
09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 22.10.2019
Son müraciət tarixi 22.11.2019



Xəbərlər  Tarix:   23 Okt 2019 / 23:03


« Əvvəlki xəbər (4687 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR