DEPUTATIMIZ BOLQARISTANDA YERLİ SEÇKİLƏRİ İZLƏYƏCƏK

Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərə gedəcək.
Millət vəkili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PM-nin xətti ilə missiyanın tərkibində Bolqarıstanda keçiriləcək yerli seçkiləri müşahidə edəcək.
Deputatımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.
Səfər oktyabrın 28-də başa çatacaq.
Milli Məclisin
Mətbuat xidmət



Xəbərlər  Tarix:   26 Okt 2019 / 00:15


« Əvvəlki xəbər (4655 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR