Ağcabədi və Laçın rayon sakinlərinin nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il noyabrın 8-də saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.



Xəbərlər  Tarix:   31 Okt 2019 / 01:31


« Əvvəlki xəbər (4608 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR