Aygün xanımın kreditlə bağlı ugurmediyaya müraciəti.

Həmzətova Aygün xanım ugurmedia xəbər və yayım informasiya agentliyinin redaksiyasına başına gələn hadisə ilə bağlı onlayn müraciət edib.Belə ki , Şəki şəhərinin Baş Kəldək kənd sakini Həmzətova Aygün Dəmir Bankdan kreditlə pul götürüb.Krediti vaxtı-vaxtında ödəyə bilmədiyi üçün problemli kreditlər siyahısına düşüb.”Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı qüvvəyə mindikdən sonra həmin fərmanın icrası ilə əlaqədar bütün həmin kreditin ödənilməsi ilə bağlı zəruri hərəkətləri etməyi Şəki şəhəri,İkinci Biləcik kənd sakini Teyibova Gülnar Camal qızına notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında həvalə edib və özü səhhətində yaranan problemlə əlaqədar müalicə məqsədi ilə Rusiya Federasiyasına gedib.Dəmir Bank həmin fərman əsasında Aygün xanıma 900 manat konpensasiyanın edilməsi və qalan məbləğin isə 4 ilə bölünməklə ayda 27 manat ödənilməsi haqqında qərar qəbul edib.Lakin ,bu güzəştlərin tətbiq olunması üçün Əmanətlərin Sığortalanması Fondunu həmin etibarnamə əsasında Aygün xanımı təmsil edən Gülnar xanımı qəbul etmir.Həmin güzəştlərin qüvvəyə minməsi üçün Aygün xanımın özünün müraciət etməsini tələb edir.
Ugurmedia olaraq aidiyyatı qurumlardan xahiş edirik ki, .”Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı Aygün xanımın problemli kreditinə də tətbiq olunsun.
Ugurmediyanın hüquqşünası:Hüseynova Qələmzər



Hüquqi yardım  Tarix:   4 Noy 2019 / 14:17


« Əvvəlki xəbər (2267 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR