Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar rəsm müsabiqəsi elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadına qarşı zorakılıq, ümumən məişət zorakılığı əleyhinə maarifləndirmə məqsədilə “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.
Rəsm əsərlərinin məzmunu məişət zorakılığının mənfi nəticələrini, bu zorakılığa məruz qalmış qadının iztirablarını ifadə etməlidir.
Müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında “İctimaiyyətlə əlaqələr” bölməsində “Elanlar” yarımbölməsinə və ya Ссылка linkinə daxil olaraq anket formasını doldurmaq tələb olunur.
Qeydiyyat noyabr ayının 20-dək aparılacaq.
Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir. (Ünvan: Salatın Əsgərova 85, əlaqə telefonu 541 97 27).
Seçim 15 - 29 yaş kateqoriyası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən əsərlərin müəlliflərinə Fəxri fərman və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir:
1-ci yer üzrə 1 nəfərə 500 manat;
2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat;
3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat.



Xəbərlər  Tarix:   7 Noy 2019 / 01:36


« Əvvəlki xəbər (3300 / 6022) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR