"Bakı gözəl şəhər" adlı ekoloji təmizlik aksiyası keçiriləcək

9 noyabr – “Dövlət Bayrağı günü” münasibətilə Gənclər və idman nazirliyi tərəfindən 1-9 noyabr tarixlərində "İradənlə qalib gəl!" şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalar keçirilir. Növbəti, "Bakı gözəl şəhər" adlı ekoloji təmizlik aksiyası 8 noyabr tarixdə Bakı şəhərinin Binəqədi, Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Xəzər rayonlarının gənclərinin iştirakı ilə keçiriləcək. Aksiyada hər rayondan ümumilikdə 200-300 gəncin iştirakı gözlənilir.
Rayon Keçirilmə vaxtı Ünvan
Binəqədi rayonu 11.00 Süleyman Sani Axundov küçəsi 112
Qaradag rayonu 10.00 Lökbatan qəsəbəsi
Nizami rayonu 11.00 Pəhlivan Fərzəliyev küçəsi
Suraxanı rayonu 11.00 Qaraçuxur qəsəbəsi, "Şərq" yaşayış sahəsi
Sabuncu rayonu 16.00 Nardaran qəsəbəsi
Xəzər rayonu 11.00 Şüvəlan çimərliyi



Xəbərlər  Tarix:   8 Noy 2019 / 00:02


« Əvvəlki xəbər (4566 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR