Səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 8 noyabr 2019-cu il tarixində saat 11:00-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Nazir Cəlilabad və Biləsuvar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Xəbərlər  Tarix:   8 Noy 2019 / 00:50


« Əvvəlki xəbər (4563 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR