“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək

25-28 noyabr tarixlərində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək.
Layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinın öyrənilməsi zamanı ərsəyə gəlmişdir. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq, Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət və turizm məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətləri ilə fəal əməkdaşlıq platforması yaradır.
Gözlənilən seminar çərçivəsində MDB ölkələrinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu təcrübəsi nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, sağlamlıq imkanları məhdud olan şəxslərin sosiallaşması və əmək məşğulluğu məsələləri də nəzərdən keçiriləcək. Seminar çərçivəsində ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin işlərinin sərgiləri də təşkil ediləcək.



Xəbərlər  Tarix:   21 Noy 2019 / 22:33


« Əvvəlki xəbər (4529 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR