“Şok”market sözün əsil mənasnda vətəndaşları şoka salır.

Masazır qəsəbəsində Əliyağa Vahid küçəsində yerləşən “Şok”marketdə sözün əsil mənasında vətəndaşları şoka salan hadisələr baş verir.
Təsisçi və baş redaktor 26.10.2019-cu il saat 17:00-18:00 radələrində 2 manatlıq məhsul alan zaman satıcı xanım 2 manat 70 qəpik tələb edib.Halbu ki,təsisçi 1 manatlıq pomidor ,1 mantlıq isə yumurta almışdır. Təsisçi çek verin deyəndə isə aparat işləmədiyini söyləyib .Oxşar bir hal .27.10.2019-cu il tarixində 16:20 radələrində baş verib . 27 manatlıq məhsul alan zaman çekə 2 çörəyin əvəzinə 5 çörək vurublar.
Ugurmediyanın əməkdaşları sözü gedən “Şok” marketə rəhbərliyin baş verən hadisələrə qarşı münasibətini öyrənmək üçün gedən zaman bir xanım və bir bəy özlərini rəhbərlik kimi təqdim ediblər. Görüş zamanı məsul şəxslərə əlimizdə olan sübutların olduğunu söyləməmizə baxmayaraq əməkdaşımızın suallarını ələ salaraq cavablandırdılar”bizdə elə şey ola bilməz,biz həmişə alıcıları razı salmışıq,media bizi maraqlandırmır,biz heç kimdən qorxmuruq,gedin kimə istəyisiz şikayət edin”deyə ifadələr səsləndirdilər.Hətta heç məsələyə ciddi yanaşıb kamera görüntülərinə da baxmadılar.
Bu qədər rahatlıqla xalqın cibinə girmək nə dərəcədə doğrudur? Elimizdə sadladıgımız məsələrin sübutları var.Biz ugurmedia xəbər və yayım informasiya agentliyi olaraq bu məsələni ,yəni xalqımıza qarşı dələduzluq edərək onların cibinə girən Şok marketi layiqli cəzasını almaq üçün aidiyyatı orqanlara çatdırdıq.
Əziz oxucularımız,yaxın gələcəkdə aidiyyatı orqanlar tərəfindən “Şok” marketə qarşı hansı tədbirin görüldüyünü ictimailəşdirəcəyik.
Uğurmediyanın hüquqşünası:Qələmzər Hüseynova



Hüquqi yardım  Tarix:   28 Noy 2019 / 13:38


« Əvvəlki xəbər (4476 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR