Şəki şəhərində çörəkbişirmə sexində yanğınla nəticələnən partlayış baş verib

Şəki şəhərində ümumi sahəsi 1000 m2 olan, bir dam altında tikilən obyektlərdən sahəsi 60 m2 olan çörəkbişirmə sexində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən sexin pəncərə şüşələri dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Xəbərlər  Tarix:   28 Noy 2019 / 23:33


« Əvvəlki xəbər (4471 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR