5 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 5-də havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında
Dekabrın 5-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 5-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.



Xəbərlər  Tarix:   4 Dek 2019 / 21:14


« Əvvəlki xəbər (4427 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR