Yığma komandamız İsrailə yollanır

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də olacaq. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı atletlər körpücük üzərinə çıxacaqlar:
Qızlar: Aişə Əliyeva (40 kq), Selcan Qarayeva (45 kq), Leyla Qurbanlı (71 kq) Rəhilə Hüseynova (76 kq) - hamısı U-15.
Oğlanlar: U-15 yaş qrupu: Kənan Rəhimov (49 kq), Qasım İsmayılov (55 kq), Elşən Məmmədov (61 kq), Nurlan Məmmədzadə (73 kq),
U-17 yaş qrupu: Əvəz Tağıyev (55 kq), Tehran Məmmədov (61 kq), Rüstəm Qasımov və Ömər Cavadov (hər ikisi - 67 kq), Samir Əskərzadə (73 kq), Həsənağa Sahibov və İsa Həsənli (81 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (102 kq), Rəhman Kazımov (+102 kq).
Ədalət təmsilçisi olaraq İsraildə ölkəmizi beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək.



Xəbərlər  Tarix:   4 Dek 2019 / 21:23


« Əvvəlki xəbər (4426 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR