Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edəcək

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon sakinlərinin nəzərinə!
Vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 13-də Astara şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Heydər Əliyev küçəsi, 34) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 09-11 dekabr 2019-cu il tarixlərində Lənkəran şəhəri 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



Xəbərlər  Tarix:   10 Dek 2019 / 00:59


« Əvvəlki xəbər (4395 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR