Uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində uğur

Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondo idman növü üzrə Avropa birinciliyi keçirilib. Birinciliyə 50 ölkədən 700-ə yaxın idmançı qatılıb.
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası yarışlarda uğurla iştirak ediblər. Belə ki, məktəbin yetirməsi Aydın Süleymanov 32 kq çəki dərəcəsində gümüş, Elmira Bayrak 22 kq çəki dərəcəsində bürünc medal qazanıb.



Xəbərlər  Tarix:   11 Dek 2019 / 23:51


« Əvvəlki xəbər (4373 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR