Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib

Dekabrın 11-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Tovuz şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi dövlət sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.



Xəbərlər  Tarix:   12 Dek 2019 / 00:16


« Əvvəlki xəbər (4370 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR